Qadir İbrahimli: «Hazırkı vəziyyət yeni devalvasiya dalğasının başlanğıcı deməkdir»
Xəbər verildiyi kimi, Mərkəzi Bank bu ilin avqust ayının 31-nə olan valyuta ehtiyatlarının məbləği barədə məlumat yayıb. Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlyard 315.4 milyon dollar təşkil edib ku, bu da iyulun 31-lə müqayisədə 1 milyard 186,1 milyon dollar və ya 14 faiz azdır.
Avqust ayındakı itkilə Mərkəzi Bankın valyuta ehtiyatı təxminən son bir ildə 52 faizə yaxın azalıb. Xatırladaq ki, 2014-cü ilin 30 iyul tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çatmışdı. Bankın hazırkı ehtiyatları həmin pik səviyyə ilə müqayisədə ÿ7 milyard 847,8 milyon dollar və ya 51,7 faiz azdır.
Iqtisadi proqnozlara görə baş verən hadisələr iqtisadiyyatın çökməsiylə nəticələnə bilər. Əhalinin sosial-iqtisadi vəziyyəti 21 fevral tarixli devalvasiyadan sonra gözlə görüləsi həddə ağırlaşıb. Idxal hesabına yaşayan ölkənin qarşıdakı aylarda hansı çətinliklərlə üz-üzə qalacağı şəksizdir. Çünki yay aylarını meyvə-tərəvəzlə başa vuran vətəndaşlarımız payız-qış mövsümündə yenidən bahalı ərzaq məhsullarını almağa məcbur olacaq. Təkcə ərzaq deyil, qeyri-ərzaq məhsulları da idxal edilən ölkədə vəziyyətin necə olacağını təsəvvür etmək çətin deyil. Qeyri-neft sektoruna diqqət etsək, yerli istehsal hesab edilən adicə məktəbli formalarının materialı belə idxal məhsuludur. Belə olan halda, görəsən, ölkə əhalisini qarşıdakı aylarda hansı “sürpriz”lər gözləyir?
Iqtisadçı-ekspert Qadir Ibrahimli hesab edir ki, ölkənin valyuta ehtiyatlarının azalması başqa məsələlərlə yanaşı, devalvasiya ilə bağlı olan prosesdir. Azərbaycanın valyuta ehtiyatlarının 2015-ci ilin fevralın 21-dən başlayaraq əridiyini deyən ekspert, azalma tendensiyasının bugünə qədər davam etdiyini söyləyir:
“Bu isə ölkənin iqtisadi mühitinə yaxşı heç nə vəd etmir. Hazırkı vəziyyət ölkədə növbəti devalvasiya dalğasının başlanğıcı deməkdir. Yəni bir gündə 34 faiz devalvasiya elan olundusa, bu o deməkdir ki, növbəti aylarda daha bir devalvasiyaya hazır olmaq lazım gəlir. Yəni ölkənin maliyyə ehtiyatları məhduddur və belə məhdud ehtiyatlar da mütəmadi olaraq devalvasiya qərarlarını vacib edir”.
Nigar