«Avropa konvensiyasının standartlarına Azərbaycanda münasibət ciddi narahatlıq doğurur»
AŞPA Monitorinq Komitəsi Azərbaycanda hüquq müdafiəçilərinə, vəkillərə, jurnalistlərə, ictimai fəallara çıxarılan absurd məhkəmə hökmləriylə bağlı narahatlıq bildirən bəyanat yayıb. Komitə hüquq müdafiəçiləri, vəkillər və jurnalistlərlə bağlı çıxarılan hökmlərə görə dərin narahatlığını bildirir.
Monitorinq Komitəsi hesab edir ki, Insan Hüquqları üzrə Avropa konvensiyasının standartlarına Azərbaycanda münasibət ciddi narahatlıq doğurur. Monitorinq Komitəsi bildirir ki, Anar Məmmədli, Rəsul Cəfərov, Leyla Yunus və Xədicə Ismayılova haqqında çıxarılmış qərarlar ölkədə repressiv siyasətin davam etdirilməsi kimi qiymətləndirilməlidir.
Komitə hesab edir ki, noyabrın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsi vətəndaşların hüquq və azadlıqlarının, o sıradan mətbuat azadlığının təmin edilməsinin xüsusilə mühüm əhəmiyyəti var.