“Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Nazirlər Kabinetinə müraciət edib. Müraciətdə “Elektrik enerjisindən istifadə Qaydaları”nın hazırlanması üçün geniş ictimai müzakirələrin keçirilməsi istənilir və bu istiqamətdə təkliflər irəli sürülür.
Müraciətdə bildirilir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın hazırlanması hər bir vətəndaşın maraq və mənafelərinə aid olan məsələdir. Bu baxımdan “Elektrik enerjisindən istifadə Qaydaları” layihəsinin hazırlanması prosesi şəffaf olmalıdır. “Bu qaydaların hazırlanması ilə bağlı bütün maraqlı tərəflərin, dövlət qurumlarının, təchizatçı qurumların iştirakı ilə geniş ictimai müzakirələrin keçirilməsi çox faydalı və ümumi işin xeyrinə olardı”, – deyə müraciətdə qeyd olunur.