Elşad Abdullayev Azərbaycanda özünə təhlükə görür
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin(ABU) rektoru Elşad Abdullayev hazırda Fransada mühacir yaşayır. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, ABU bağlandıqdan sonra Elşad Abdullayev Azərbaycanda özünə qarşı təhlükə hiss edərək ölkəni tərk edib və Fransa dövlətindən sığınacaq alıb. Məlumatda deyilir ki, Elşad Abdullayev Azərbaycanı gizli şəkildə tərk edib.
ABU yaradılandan Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevin əmisinin himayəsi altında olub. Məhz bu səbəbdən Elşad Abdullayev təhsil naziri Misir Mərdanovla hesablaşmayıb. Aqil Əliyev dünyasını dəyişdikdən sonra Misir Mərdanov bir neçə dəfə universiteti bağlamağa cəhd göstərib. Nəhayət, bir il əvvəl təhsil naziri ABU-nun bağlanmasına nail olub. Bundan sonra Elşad Abdullayev barəsində cinayət işi başlanması gündəmə gəlib. Elə bu ərəfədə rektor qəfildən görünməz olub. Indisə bəlli olur ki, o, Fransadadır.
İnformasiya şöbəsi