Cavid Qurbanov Ziya Məmmədovun oğluna İstanbulda dəbdəbəli villa bağışlayıb
“Azəravtoyolservis” rəhbəri, deputat Cavid Qurbanov nəqliyyat naziri Ziya Məmmədovun oğluna bahala hədiyyə edib. Məlumatlara görə, bu hədiyyə Istanbulda Bosfor boğazının yaxınlığında yerləşən dəbdəbəli villadır. Bildirilir ki, bu villa Cavid Qurbanova 6 milyon dollara başa gəlib. Bu villa Anar Məmmədova toy hədiyyəsi olub. Cavid Qurbanov nazir oğlunun bir neçə ay əvvəl baş tutan toyunda evin açarlarını ona təqdim edib.
Həmin ərazidə Türkiyənin bir çox sənət adamları, ictimai xadimlər, bir sözlə qardaş ölkənin elitasının tanınmış simaları yaşayır.
Xatırladaq ki, Cavid Qurbanov bundan əvvəl dostu, “Asfaltzavod”un direktoru Xaqani Kazımovun oğlunun toyunda bəyə 160 min manatlıq “Porşe” avtomobili bağışlamışdı.
İnformasiya şöbəsi