Kəmaləddin Heydərov oğlu Talehin xeyir işini kəpənəklə «bəzəyib»
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu yaxınlarda oğlu Taleh Heydərova nişan mərasimi keçirib. Əldə etdiyimiz məlumatlara görə, nişan mərasimi görünməmiş şəkildə dəbdəbəli olub.
Bildirilir ki, “Yaxtklub”da baş tutan mərasimə ümumilikdə bir neçə milyon manat civarında vəsait sərf edilib. Nişan mərasiminə ölkənin tanınmış müğənniləri qatılıb. Əcnəbi “ulduzların” da nişanda iştirak etdiyi deyilir. Mərasimdən sonra atəşfəşanlıq olub. Nişanda ən yadda qalan hadisə isə kəpənəklərin uçurulması olub. Məlumatda deyilir ki, kəpənəklərin biri 40 manata alınıb. Bunun üçün təxminən yarım milyona yaxın pul xərcləndiyi bildirilir. “Kəpənək şousu” qonaqları da heyrətləndirib.
Bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədov oğlu Anara dəbdəbəli toy etmişdi. Bu mərasimə də fantastik məbləğdə pul sərf olunduğu deyilirdi.
İnformasiya şöbəsi