İlham Əliyevlə Putinin nümayəndəsi nələrdən danışıb?
Ilham Əliyevin Qəbələ səfəri barədə ilginc məlumatlar almışıq. Ilham Əliyev Qəbələyə iyulun 15-də səfər edib. Həmin gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ad günü olub. Ona görə də dövlət başçısının səfəri “fövqəlnazir”in ad günü ilə əlaqələndirildi.
Lakin əldə etdiyimiz məlumatlara görə, Ilham Əliyevin Qəbələyə getməsi təkcə bununla bağlı deyilmiş. Məlumatlarda bildirilir ki, dövlət başçısının səfərində başlıca məqsəd Rusiyanın baş naziri Vladimir Putinin Azərbaycana xüsusi missiya ilə gəlmiş nümayəndəsi ilə görüşmək olub. Görüş məxfi xarakter daşıyıb. Elə bu baxımdan da paytaxtdan kənarda baş tutub. Bildirilir ki, görüşdə Putinin nümayəndəsi Ilham Əliyevə baş nazirin hansısa mesajlarını çatdırıb. Həmçinin biznes məsələləri müzakirə edilib. Lakin müzakirələrin detalları bizə bəlli deyil. Məlumatla bağlı Prezident Administrasiyası ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Informasiya şöbəsi