Böyük Britaniyada qırıcı təyyarə qəzaya uğrayaraq, magistral yolda olan avtomobillərə çırpılıb, nəticədə 7 nəfər ölüb. Qəza İngiltərənin cənubundakı Qərbi Susseks qraflığında “Shoreham Airshow” aviaşousu zamanı baş verib.
“Hawker Hunter” tipli qırıcı-bombardmançı təyyarənin “A27” magistral avtomobil yoluna düşdüyü bildirilir. Hazırda yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Şahidlərin sözlərinə görə, şou zamanı pilot manevri tamamlaya bilməyib, nəticədə təyyarə yola çırpılıb.
İlkin məlumata görə, pilot sağ qalıb. (BBC)