Avropa Birliyinin prezidenti Donald Tusk Cənubi Qafqaz regionu ölkələrinə səfər edəcək. Qurumun rəsmi saytında verilən məlumata görə, səfər iyulun 20-22-də baş tutacaq.
Tusk səfərinə Ermənistandan başlayacaq. İyulun 20-də İrəvandan Gürcüstana gedəcək. İyulun 22-də isə Bakıda olacaq.