Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti qurmaq vəzifəsini baş nazir Əhməd Davudoğluna həvalə edən kimi AKP-dən koalisiya ilə bağlı ilk rəsmi açıqlama gəldi. AKP hansı partiya ilə hökumət qurmaq istəyində olduğuna dair ipucu verməsə də, koalisiyaya əsla razılıq verməyəcəyi partiyanın adını açıqladı. AKP sədrinin müavini Abdulhamit Gül bəyan etdi ki, HDP ilə əsla koalisiya qurmayacaqlar.
Gülün yerdə qalan iki partiya ilə də bağlı fikirləri ürəkaçan olmayıb: «CHP daxilindən müxtəlif səslər eşidilir. Şərtlərini hər gün dəyişirlər. MHP-yə gəlincə, partiyanın Rəcəb Tayyib Ərdoğanın sarayı tərk edərək Çankaya iqaməgahına yerləşməsi barədə şərtini qəbul etmirik».
Gültəkin