“Azərbaycan Dəmir Yolları”nda bir sıra problemlər də mövcuddur. Bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər. Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb”.
Bunu bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirilən geniş kollegiya iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Geniş kollegiya iclasında bir neçə idarə və stansiya rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.