"Xoşagəlməz rəsmlər, arzuolunmaz mesajlar alırdım"
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov özünün Facebook sosial şəbəkəsindəki profilini bağlamaq qərarına gəlib.
Səfir qərarını belə izah edib: “Ölkəmizlə bağlı əlamətdar hadisələr, həmçinin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı, Xocalı soyqırımı və bu kimi digər məslələri işıqlandırmaq məqsədilə 2009-cu ildən Facebook-da şəxsi profil səhifəsi açmışam. Yuxarıda qeyd edilən məslələrin sosial şəbəkələrdə yayılması və daha geniş təbliğ olunması məqsədilə Facebook-da göndərilən bütün dostluq təkliflərini qəbul etmişəm.
Təəssüflər olsun ki, qəbul etdiyim dostların bəziləri zaman-zaman məni müxtəlif xöşagəlməz rəsmlərə tağ ediblər, “inbox”a arzuolunmaz mesajlar göndəriblər. Son vaxtlar isə bu kimi hadisələr daha da intensivləşib və bu səbəbdən də 10.05.2015-ci il tarixindən etibarən Facebook səhifəmi bağlamaq qərarına gəldim”. (Modern.az)