Qılıncoynatma üzrə ikiqat olimpiya çemiponu Sergey Şarikov yol qəzasında həlak olub. Bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb.
Qırx yaşlı idmançının ölməsi xəbərini Rusiya Qılıncoynatma Federasiyasının mətbuat attaşesi Yelena Qrişina və federasiyanın vitse-prezidenti Stanislav Pozdnyakov da təsdiq edib.
Qeyd edək ki, Sergey Şarikov 1996 və 2000-ci illərdə keçirilən olimpiya oyunlarında qılıncoymatma üzrə çempion olub.
(modern.az)