Amerikalı ekspertlər «Brent» markalı neftin bir barelinin qarşıdakı dönəmdəki qiyməti ilə bağlı təhlil aparıblar. Nəticələrə görə, üç il sonra – 2018-ci ildə qiymət 76 dollar, 25 il sonra – 2040-cı ildə isə 141 dollar olacaq: «2015-ci ildə qiymət 55 dollara düşəcək, sonra tədricən 76 dollara qədər yüksələcək. 2040-cı ildə qiymət 141 dollar olacaq. Buna həmin dönəmdə yanacağın bahalaşması və tələbatın artması səbəb olacaq».
Proqnozlara görə, getdikcə yeni neft yataqlarının tapılmasında da problemlər yaranacaq.
Gültəkin