Aleksey Poroşenkonun maşını "Azov" batalyonunun avtomobili ilə toqquşub
Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu qəzaya düşüb. Aleksey Poroşenko Kiyev şəhərinin mərkəzində avtomobili ilə qəzaya düşüb. Hadisə nəticəsində o ciddi xəsarət almayıb.
Aleksey Poroşenkonun AA 5515 KR nömrə nişanlı “BMW 3” zirehli avtomobili "Azov" batalyonunun “Mitsubişi L200” avtomobili ilə toqquşub.
Xatırladaq ki, Aleksey Poroşenko Ukraynanın millət vəkilidir . O, Vinnitsa dairəsindən Radaya deputat seçilib.