Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib. Günün maraqla gözlənilən oyunu Mançesterdə baş tutub. “Mançester Siti” ilə “Barselona” üz-üzə gəlib. Oyun Kataloniya təmsilçisinin 1-2 hesablı qələbəsi ilə başa çatıb. Qolları qonaqların heyətində Luis Suares, meydan sahblərindən isə Serxio Aquero vurub. Oyunun son dəqiqəsində Messi penaltidən yararlna bilməyib.
Turun digər görüşündə "Yuventus" doğma meydanda "Dortmund Borussiya"sını qəbul edib. Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb. "Yuventus"ub heyətində qolları Teves və Morata, qonaqlardan isə Roys vurub.