Deputat oğlu barəsində yayılan xəbərə aydınlıq gətirdi
“Mənim Aysel Teymurzadə ilə hər hansı şərikli biznesim yoxdur”. Bu sözləri “Azadlıq”a Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli Aysel Teymurzadə ilə birgə Atəşgah Sığorta Şirkətini alması barədə yayılan xəbərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu məlumatın hansı səbəbdən dövriyyəyə buraxıldığı ona bəlli deyil. “Deyə bilmərəm ki, bu məlumatı kimlər hansı məqsədlə yayıb. Lakin belə bir şey yoxdur. Mən hüquq sistemində çalışıram, sığorta işləri ilə məşğul deyiləm. Aysel Teymurzadə ilə də şəxsi tanışlığım yoxdur ki, onunla şərikli biznes quram”, – deyə Vüsal Rəcəbli bildirib.
Informasiya şöbəsi