«Amerikanın Azərbaycana münasibəti, əsasən, bu gün ərəb dünyasında baş verənlər fonunda formalaşır»
Bakının Qoşulmama hərəkatına qoşulması ABŞ-da ehtiyatla qarşılanıb. Bu barədə “Turan”ın Vaşinqton müxbiri xəbər verir. Amerikanın Xarici Siyasi Araşdırmalar Institutunun baş elmi əməkdaşı Cerald Robbins deyir ki, Qoşulmama hərəkatı təsiri minimal olan rəmzi təşkilatdır. “Bəlkə də Bakı bunda Rusiyadan gizlənmək üçün sığınacaq görür, amma bu quruma üzvlük geosiyasi və ya iqtisadi məsələləri səmərəli həll etmək imkanı vermir”.
1990-cı illərin ortalarında Bakıda Freedom House-un proqram direktoru vəzifəsində işləmiş Cerald Robbins isə fərqli düşünür:”Hesab edirəm ki, Amerikanı Azərbaycana və bütünlükdə Xəzər regionuna münasibəti, əsasən, bu gün ərəb dünyasında baş verənlər fonunda formalaşır. Insan hüquqları tələbi ilə keçirilən nümayişlər güclü təsirə malikdir və Amerika məmurları bunu xarici siyasətin əsas mövzusu kimi qəbul edir”, – deyə o, bildirib. Eyni zamanda, o qeyd edib ki, Azərbaycan müsəlman ölkəsi olsa da, ərəb dünyasından xeyli fərqlənir. “Bu fərqləri başa düşmək lazımdır”.