Azərbaycan-Almaniya: 1-3
İyunun 7-də Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda növbəti oyununu keçirib. Millimizin qonağı qrupun lideri Almaniya olub. Oyunu FİFA referisi Mixail Koukoulakis idarə edib. Oyun 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Hesabı 30-cu dəqiqədə Almaniyanən türk əsilli oyunçusu Məsut Özil açıb. 41-ci dəqiqədə qonaqlar Mario Qomesin atdığı qolla yenidən fərqləniblər. Bu qollardan Azərbaycan yığmasının azarkeşləri Berti Foqtsu istefaya çağırıb.
Yığmamız ikinci hissəyə nisbətən fəal başlayıb və bir neçə dəfə qonaqların qapısında qol keçirməyə çalışıblar. Belə cəhdlərdən biri Vüqar Nadirovun ifasında qolla nəticələnsə də, oyundan kənar vəziyyətdə vurulduğu üçün hesaba alınmayıb. Nəhayət, 88-ci dəqiqədə Murad Hüseynov qonaqların qapısına yol taparaq hesab arasındakı fərqi azaldıb. Ancaq ikinci hissədə də bir neçə dəfə fərqlənmək imkanı qazanan, amma bunu qola çevirə bilməyən almaniyalı futbolçular oyuna əlavə edilmiş vaxtda hesab arasındakı fərqi yenidən ikiyə çatdırıblar. Bu dəfə Andre Şkürrle fərqlənib.