Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin məhkəməsi başlayıb. Bugünkü prosesdə ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 12-nə təyin edilib.
Sirac Kərimli keçən ilin iyulunda həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunur.
Müdafiə tərəfi ittihamı əsassız sayır.