“Mançester Yunayted” 3 qoldan yalniz birinin əvəzini çıxa bildi
Mayın 28-də Çempionlar Liqasının finalından sonra Avropanın ən güclü komandasına aydınlıq gəldi. İngiltərənin “Uembli” stadionunda baş tutan həlledici görüşdə “Barselona” “Mançester Yunayted” üzərində qələbə qazandı -3:1.
Qolları 27-ci dəqiqədə Pedro Rodriges (“Barselona”), 34-cü dəqiqədə Ueyn Runi (“Mançester Yunayted”), 54-cü dəqiqədə Lionel Messi (“Barselona”) və 69-cu dəqiqədə David Vilya (“Barselona”) vurdular.