Professor qəzetimizi təbrik etdi
Tibb elmləri doktoru, professor Fərman Ceyranlı “Azadlıq” qəzetini 25 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Azadlıq” qəzetinin fəaliyyətini zülməti, qaranlığı yaran işığa bənzətmək olar. Həmişə haqqın yanında durub. Vətəndaşların fikirləini, sözlərini, hakimiyyət nümayəndələrinə, Azərbaycan ictimayyətinə, beynəlxalq ictimayyətə çatdırmaqda əvəzsiz rol oynayır. Qapıları hər bir kəsin üzünə açıqdır. Şəxsən mənim özümlə bağlı yaşanan sıxıntılar zamanı ilk əks-sədə verən mətbuat vasitəsi olub, sözümü onun vasitəsilə müvafiq instansiyalara çatdırmaqla dəfələrlə çox böyük problemlərimi həll etmişəm.
“Azadlıq” qəzeti əsl və yaman günün dostudur!
Qəzetin banilərindən tutmuş, bu gün qəzetin fəaliyyətində əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm və bu böyük və şərəfli, eyni zamanda çətin işlərində əzm, səbr və gələcəyə inam arzu edirəm. Daim uğurlarınızın sədası gəlsin.
Təbrik edirəm!”.