Türkiyə Jandarmeriyasının baş komandanı, ordu generalı Abdullah Atay noyabrın 14-də müdafiə naziri Zakir Həsənovun dəvətilə Bakıya gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı bölgədəki hərbi-siyasi vəziyyət müzakirə edilib.
Səfərin təfərrüatı açıqlanmır.