“Portu” UEFA Avropa Liqasının qalibi olub. Mayın 18-i İrlandiya paytaxtı Dublində keçirilən final matçında Portuqaliyanın digər komandası “Braqa” ilə qarşılaşan “Portu” 1:0 hesabı ilə üstün gəlib. Yeganə topu 44-cü dəqiqədə Radamel Falkao vurub.
“Portu” (Portuqaliya) 2003-cü ildə də o vaxt UEFA kuboku adlanan Avropa Liqasının qalibi olmuşdu.