“Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsi başa çatdı. 43 ölkədə keçirilən səsvermənin nəticələrinə əsasən Azərbaycan 25 finalçı arasından birinci yeri tutdu. Azərbaycan təmsilçiləri Eldar və Nigar 221 xal topladı. Müsabiqədə ikinci yeri İtaliya, üçüncü yeri isə İsveç qazandı.
Azərbaycanın bu yarışmada birinci yer tuta biləcəyi əvvəlcədən də proqnozlaşdırılırdı. Yarışmada isə Eldar və Nigar həm yarımfinalda, həm də finalda uğurlu çıxış edə bildilər.
Beləliklə, Azərbaycan təmsilçiləri “Eurovision”da iştirak tariximizdə ən böyük uğura imza atdılar. Gələn il müsabiqəyə ev sahibliyini Bakı edəcək.
Təbrik edirik.