PKK Türkiyənin Roma Mədəniyyət və Turizm müşavirliyinə hücum edib. Türkiyənin Kobani siyasətini tənqid edən 30-a yaxın etirazçı Romanın mərkəzindəki Respublika Meydanında yerləşən səfirliyin mədəniyyət və turizm müşavirliyi ofisinin qarşısında aksiya keçirib, binaya qırmızı boya ilə hücum edib.
Aksiya zamanı ofisdə heç kəs olmayıb. 10 dəqiqə davam edən aksiyada etirazçıların Türkiyə əleyhinə şüarlar səsləndirdiyi, ofisin girişinə qırmızı boya atdığı, divara isə “Qatillər” yazdığı, qapını qırmağa çalışdığı bildirilir.
Hadisədən sonra ofisə polislər gəlib və nəzarət gücləndirilib.
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çəlik öz “Twitter” səhifəsində bu hücumu lənətləyib.
azadliq.info