Rusiya “Air Armenia” şirkətinə ölkəsinin hava məkanından istifadəni qadağan edib.
ANS PRESS-in məlumatına görə, Rusiya 21 sentyabr tarixindən etibarən erməni şirkətinə qarşı qadağanı icra edəcək. Bu qərar “Air Armenia” şirkətinin 1,1 milyon dollar borcu ilə əlaqədar olaraq verilib.
Rusiyanın hava nəqliyyatının təşkili üzrə Dövlət Korporasiyasından bildirilib ki, avianaviqasiya üzrə xidmətə görə gecikdirilmiş borcların tam ödəməsindən və cari borcların ödənişi üzrə zəmanətlərin verilməsindən sonra xidmət bərpa olunacaq.
Qurumdan bildirilib ki, “Air Armenia” şirkətinə borcların ödənilməsi üçün bütün imkanlar verməsinə baxmayaraq şirkət bunun üçün heç bir təşəbbüs göstərməyib.