Avqustun 26-da Minskdə Ukrayna – Avropa Birliyi – Avrasiya Üçlüyü (Rusiya, Belarus, Qazaxıstan) formatında görüş keçiriləcək. Tədbri çərçivəsində Putin bir sıra ikitərəfli görüşlər keçirəcək. Rusiya prezidenti Ukrayna prezidenti Petr Poroşenko ilə də görüşə bilər.
Minsk tədbirinə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, ticarət və energetika üzrə komissarlar – Karel de Qüxt və Gütten Ettinger qatılacaqlar.