“Le Figaro” Azərbaycandakı repressiyalardan yazır

 Ədilovun qardaşının şərlənməsi Fransa mətbuatında…

Dünyanın ən nüfuzlu nəşrlərindən olan Fransanın “Le Figaro” qəzeti Azərbaycanda son dövrlərdə güclənən repressiyalarla bağlı material yayımlayıb.

Məqalə AXCP-nin mətbuat xidmətinin rəhbəri və müxalif “Azadlıq” qəzetinin, eləcə də hökuməti sərt tənqid edən “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun həbs edilməsi haqda informasiya ilə başlayır. Qəzet Natiq Ədilovun “Frans Press” agentliyinə verdiyi açıqlamanı dərc edib. Natiq Ədilov bildirib ki, qardaşının həbsi ona qarşı açıq təzyiqdir. O daha sonra qeyd edib ki, Murad Ədilova saxta ittihama qol çəkmək üçün işgəncə verilib.

Məqalədə həmçinin Azərbaycan hakimiyyətinin son dövrlərdə müxalif qüvvələrə qarşı çox ağır ittihamlarla apardığı repressiyalar barədə də məlumat verilib.

Informasiya şöbəsi