Yəmən diktatoru hakimiyyətin ötürülməsi ilə bağlı “yol xəritəsi”ni imzalamaqdan boyun qaçırıb
Yəmən prezidenti Əli Abdulla Saleh hakimiyyətin təhvil verilməsi ilə bağlı razılaşmanı imzalamaqdan imtina edib. Bu barədə məlumatı Yəmən müxalifətindəki mənbə verib:“O, hakimiyyətin ötürülməsi ilə bağlı razılaşmanı imzalamaqdan imtina etdi. Fars körfəzi ərəb ölkələri Əməkdaşlıq Şurasının baş katibi Ər-Riyada qayıdır”.
Fars körfəzi ərəb ölkələri Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif əz-Ziyani ötən gün Yəmənin paytaxtı Sanaya səfər etmişdi. O, Yəmənin hakimiyyət və müxalifətini hakimiyyətin ötürülməsi ilə bağlı razılaşmanı imzalamaq üçün bu gün Ər-Riyada dəvət etməliydi.