“Bakı” klubu rəsmən dağıldı. Rekord.az-a bununla bağlı etibarlı mənbədən məlumat daxil olub. Verilən məlumata görə, klub buraxılıb. Bu isə o deməkdir ki, komanda növbəti mövsümdən Premyer Liqada çıxış etməyəcək. Artıq futbolçulara da bu haqa məlumat verilib.