Milli Şuranın Koordinasiya Mərkəzi iyulun 30-da RATİ-nin konfrans zalında ictimai dinləmələr keçirəcək.
Milli Şuradan “Turan”a verilən məlumata görə, ictimai dinləmələr Azərbaycandan keçərək Gürcüstanda saxlanılan 3 ton heroinlə bağlıdır.
Milli Şura hakimiyyət qarşısında tələblər səsləndiriləcəyini də istisna etməyib.
Tədbirdə vətəndaş cəmiyyəti fəalları, siyasi partiya təmsilçiləri, ziyalılar və mətbuat təmsilçiləri iştirak edəcək