Meynimanlılar Prezident Administrasiyasına şikayət ediblər
Dünən Hacıqabul rayonu Meyniman kənd sakinləri Prezident Administrasiyasında və Fövqəladə Hallar Nazirliyində 2010-cu ilin yazında baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məsələləri ilə bağlı görüşlər keçiriblər.
Kəndin 30-a yaxın nümayəndəsi kənd sakinlərinin daşqından zərər çəkənlər üçün evlərin tikintisinin gedişatı və şumluq torpaqların bərpası üçün ayrılan kompensasiyanın həcmindən narazılıqlarını bildirmək üçün paytaxta gəlib. Martda hökumət 4 ha-dan çox olmayaraq, hər bir ha torpaq sahəsi üçün 250 manat həcmində kompensasiya müəyyən edib. Amma yerdən və relyefdən asılı olaraq itki həcminin fərqli olduğu nəzərə alınmayıb. 2010-cu ilin sentyabrında prezident Ilham Əliyev kəndə baş çəkib. Onun gəlişinə qədər burada bir neçə ev tikilmişdi. Prezidentə ilin sonuna qədər 122 ev tikiləcəyi bildirilib, amma bu günə qədər bu sayın yarısından az ev tikilib. Prezident Administrasiyasında və FHN-də şikayətçilər dinlənilib və yaxın gələcəkdə qarşıya qoyulmuş məsələlərin həlli üzrə zəruri tədbirlər görüləcəyinə söz verilib. Ötən il baş vermiş daşqın zamanı ümumilikdə 7 cənub-qərb rayonuna ziyan dəyib, burada 100 ha torpaq sahəsi və 20 min ev təsərrüfatı su altında qalıb.