ATƏT PA-nın sessiyasında Azərbaycan QHT-ləri bir-birinə qarşı

İyunun 29-da ATƏT PA-nın Bakıda davam edən sessiyası çərçivəsində Azərbacanda ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları ilə bağlı müzakirələr keçirilib. ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İsabel Santosun sədrliyi ilə keçirilən müzakirələrdə Azərbacandan olan bir neçə QHT nümayəndəsi ölkədəki vəziyyətlə bağlı çıxışlar edib, sualları cavablandırıblar.

​Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun rəhbəri Emin Hüseynli hazırda Azərbaycanda 10 jurnalistin həbsdə olduğunu deyib: “Bundan başqa 10 il ərzində Azərbacanda, 2 jurnalist qətlə yetirilib.  Elmar Hüseynov 2005-ci ildə qətlə yetrilib, daha sonra Rafiq Tağıya hücum edilib və bir neçə gün sonra xəstəxanada vəfat edib.
Biz eyni zamanda media monitorinqini davam etdiririk. Müstəqil medianın reklamdan yararlanması problemdir. Çünki ölkə iqtisadiyatı monopoliyadadır. Ölkədə 30-a yaxın çap mediası var. İki müxalifət qəzeti var.
Müstəqil qəzet olan “Zerkalo” qəzeti isə 3 həftə bundan əvvəl bağlanıb.
Azərbaycan hökuməti beynəlxalq qurumları inanadırmaq istəyir ki, bizdə internetdən istifadə sərbəstdir, medai tam azaddır. Düzdür internetə çıxışımıza mıhdudiyyət qoyulmayıb. Amma internetdə yazan 6 bloggerimiz həbsdədir. Bələ bir vəziyyət yaranıb ki, internetdə yazanlar özlərinə senzura tətbiq etmək məcburiyətində qalıblar”.

Hüquq Müdafiə və Maarifləndirmə Cəmiyyətinin nümayəndəsi Rəsul Cəfərov  Azərbacandakı qeyri-qanuni həbslərlə bağlı narahatlığını dilə gətirib: “Biz həmkarlarlarımız ilə birgə siyasi məhbusların siyahısını hazırlamışıq. Onların hamısının siyasi səbəblərdən tutulduqlarını yazmışıq. Azərbaycan hökuməti siyasi məhbus terminini qəbul etmir. Biz isə onların azad olmasını istəyirik. Biz onları saxta ittihamlarla həbs olumuş insanlar sayırıq. Biz hökumətlə bu məsələni müzakirə etməyə hazırıq olduğumuzu da demişik”. 

Norveçdən olan nümayəndə açıqlanan faktların beynəlxlq təşkilatlar bilməsi baxımından vacib olduğunu deyib.

Müzakirəlrdə iştirak edən bəzi QHT nümayəndəlri səslənən məlumatlara etirazlarını bildiriblər, vəziyətin deyilən kimi olmadığını bildiriblər. 

Müzakirələrdə iştirak edən Azərbaycan parlamentin vitse-spikeri Bahar Muradova bunları deyib: “Mən fəxr edirəm ki, Azərbacanda belə öz fikirlərini deməkdən çəkinməyən gənc vətəndaş cəmiyəti üzvləri var. Amma burda əks mövqedə olanlar da var. Bütün bu baş verənlər Azərbaycanda demokratiyanın hansı səviyədən olmasından xəbər verir və onu da unutmayaq ki, bütün bu şəraiti tənqid etdiyniz hakimiyyət yaradıb”. 

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov da səslənən tənqidlərin həqiqəti əks etdirmədiyini söyləib: “Əlbəttə, bütün tənqiqlər yaxşıdı və hökumətin bunu qəbul etməsi üçün bir az da obyektiv olmaq lazımdır. Son illər yalnız bir QHT-nin fəaliyətinə xitam verilib. Ümumilikdə qanunvericilikdə də xitam verilməsi məsələsi yoxdur.
2012-ci ilin martında maliyyə sanksiyaları tətbiq edilir və bu bizi narahat edir. İndiyə kimi bir təşkilat qrant müqaviləsini gec qediyatdan keçirdiyi üçün cərimə olunub.
Mənim dostun Emin Hüseynli müzakirələrdən danışır mən şəxsən onu hökumətlə müzakirələrə dəvət etmişəm amma o, qrupda nəinki özü iştirak etmir, hətta digər dostlarının da ordan çəkindirir.”

Demokratik İslahatçı Gənclər təşkilatının sədri Vüsalə Hüseynli isə QTN-lərin tədbir keçirməsinə otellərin imtina cavabı verməsinin hökumətlə əlaqələndirməsinə etiraz edib: “Otelin hansısa tədbirin keçirlməsindəm imtina etməsi dövlətin problemi deyil. Emin deyir ki, Azərbaycanda tənqidə görə adamları tuturlar. Onu deyim ki, Emin Hüseynlidən çox Azərbaycan prezidentini tənqid və təhqir edən adam yoxdur. Tutulmaqdırsa onda birinci Emin Hüseynli tutulmalı idi.
Xanım İsabel Santos, sizin prezidentə qarşı belə addımlar atılsaydı yəqin o şəxs çoxdan həbs olunardı. ATƏT-in Bakı ofisi QHT-lərə qrantlar verəndə ayrı-seçkilik yaradır, qrantlar yalnız bir neçə təşkilata verilir. Niyə bu belə olmalıdır?”.

Tədbiri aparan ATƏT-in Demokratiya və İnsan haqları komitəsinin sədri İsabel Santos vətəndaşı olduğu Portuqaliyada tənqidə görə heç kimin həbs olunmadığını deyib: “Biz də sizə məlumat verə bilərik ki, bizim prezidentlə bağlı nələr deyilir, nələr yazılır, amma onlardan heç biri də həbsə atılmır, təzyiqlərə məruz qalmır”.

Emin Hüsenli isə Vüsalən Hüseynlinin dediyi kimi heç vaxt prezidenti təhqir etmədiyini  söyləyib: “Mən tənqid etmişəm, heç vaxt təhqirlərə yol verməmişəm. Biz problemlərin həllini hökumətlə müzakirə etməyə həmişə hazırıq. Amma onu deyim ki, iki aydır hökumət bizim qrant layihələrini təsdiqləmir. Mən bilmirən bir az sonra bizim təşkilat fəaliyyət göstərə biləcək ya, yox.
İnternelə bağlı fikirlərə gəldikdə mən heç vaxt deməmişəm bizdə internet tam pisdir, demişəm qismən problem var. Onu deyim ki, texniki baxımdan internetlə bağlı inkişaf var” (azadliq.org).