Şirvan şəhər sakinləri su üzünə həsrətdir
“Şikayətim yaşadığım Əli Bayramov küçəsinin içməli suya olan tələbatının ödənilməməsindən, sakinlərin su sarıdan korluq cəkməsindəndir”.
ÿBunu “Qaynar xətt”ə Şirvan şəhəri, Əli Bayramov küçəsinin sakini Elçin Mehtiyev yazır. Bildirir ki, bu barədə şəhər rəhbərliyinə, Şirvan Su Kanal Idarəsinə, hətta prezidentə də məktub ünvanlayıblar. Ancaq heç bir nəticəsi olmayıb:
“Məmur özbaşınalığı davam edir”
“Idarənin rəisi Mirmuxtar Məmmədov sakinlərin istəklərinə məhəl qoymayaraq özbaşınalıqlar edir, su çəkilişi üçün ayrılmış vəsaiti yeyib talayır. Indi hansı zamandır ki, su üzünə həsrət qalmışıq… Həm də Kür çayının 200 metrliyində olan bir ərazidə… Sutkalıq 6000 m3 su istehsal etmə gücündə olan Şirvan Kür Su Idarəsi nədənsə öhdəsinə düşən missiyanı yerinə yetirmir. Mirmuxtar Məmmədovÿiş görmək əvəzinə istirahət edir. Artıq heç bir hədədən qorxub-çəkinmyən bu məmur ”Mən Qorxmazın adamıyam” deyib istənilən məsuliyyətdən boyun qaçıra bilir. Bir sözlə, həmişə olduğu kimi, məmur özbaşınalığı davam edir”.
Elçin Mehtiyevin şikayəti bununla bitmir. Bildirir ki, Mirmuxtar Məmmədov kürəkənini şəxsi sürücüsü işinə götürərək idarənin büdcəsindən ona 1200 manat əməkhaqqı təyin edib:
“Görün Əliyevin hakimiyyəti kimlərin əlində oyuncağa çevrilib… Görün Şirvanda necə dərəbəylikdir…”ÿ
“Işçilərimiz evinə getdi”
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı şikayəti araşdırdığını deyir:
“Bizim işçiləri onun yaşadığı ünvana yollamışıq. Işçilərimiz baxış keçiriblər və məlum olub ki, bu adamın evində su gəlir. Sadəcə ora-bura dayanmadan yazmağı, ona-buna böhtan atmağı xoşlayır”.
Anar Cəbrayıllı həmçinin “Facebook” səhifəsində də Şirvandan olan başqa şikayətlərə reaksiya verib. O yazıb ki, şikayət edən tərəf həmişə özünün yaratdığı problemləri qabartmır, bütün günahları qarşı tərəfdə görür: “Şirvan şəhərində mexaniki sayğacların smart tipli sayğaclarla dəyişdirilməsi qanunvericiliyin tələblərinə tam uyğun qaydada aparılır: ”Istifadə olunan suyun dəqiq uçotunun aparılması üçün 2012-ci ilin may ayından etibarən smart tipli su sayğaclarının quraşdırılmasına başlanılıb. Bu sayğaclar əhali abunəçiləri üçün dövlət vəsaiti hesabına, qeyri-əhali abunəçiləri üçün isə onların vəsaiti hesabına quraşdırılır”.
“Azadlıq” radiosu