“Milliyet”in yeni sahibi Azərbaycan hökuməti ilə niyə düşməndir?
Dünən Türkiyənin ən qədim qəzetlərindən olan “Milleyet” və 9 yaşlı “Vatan” qəzeti Demirörən qrupu ilə ortaqlığı olan Karacan qrupuna satıldı.
Demirörən qrupu Türkiyədə maye qaz ticarətinin inhisarçılarındandır. Sabiq iqtisadiyyat naziri ticari ortaqlığı olub. Demirörən qrupunun lideri Tayfun Demirörən 2005-ci ilin noyabr ayında Bakı aeroportunda həbs edilmiş, burada bir neçə gün gözaltında saxlandıqdan sonra sərbəst buraxılmışdı. Bu hadisədən sonra Dəmirörənlər Azərbaycandakı bütün biznes yatırımlarını geri çəkmişdilər. Demirörənlərin başqa bir ortağı- Yıldırım Demirörən Beşikdaş futbol klubununj başqanıdır. Onların ataları Erdoğan Demirörənin biznesi Türkiyədə saatbasaat böyüyən biznes sayılır, 42 şirkətin sahibidir. Demirörənlər Azərbaycanlı iş adamı Mübariz Mənsimovla “Beşikdaş” klubu çərçivəsində ciddi dostluq və iş ortaqlığı münasibətlərindədir.
Qəzetlərin yeni sahiblərində olan digər ortaq- Karacan qrupu barədə.
Əli Karacan “Milliyet”in qurucusu və əski sahibi Əli İhsan Karacanın oğludur. Mehmet Ali Birand Karacan ailəsinin yeznəsidir. Aydın Doğan “Milliyet”i 1979-cu ildə Ali İhsan Karacandan satın alaraq mediya biznesinə daxil olmuşdu. İndi də həmin qəzeti əski sahibinə satdı. Yerli ekspertlər bu alış-verişi Türk mediyası üçün çox müsbət inkişaf hesab edirlər.
İnformasiya şöbəsi