Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidməti (Rosselxoznadzor) bu ilin iyunun 16-dan etibarən Ukraynadan ölkəyə kartof idxalına qadağa qoyub. Məlumata görə, qərara səbəb Ukraynada becərilən kartofda “nematoda” parazitlərinin aşkarlanması olub. “Iyunun 16-dək yola Rusiyaya salınacaq kartof ölkə ərazisinə yalnız fitosanitar nəzarətin müsbət nəticəsi olduğu halda buraxıla bilər”, deyə qurumum açıqlamasında bildirilir.