Amerika qeydləri (I yazı)
Hər dəfə qərib ölkədə olanda diqqətimi küçə tamaşaları çəkir. Xüsusən, küçə musiqiçiləri və rəqqasları.
Bizdə yeni-yeni yaranan bu ənənə qərbdə çox məşhurdu. Cavan adamlar küçədə, bayırda kiçik səhnələr yaradıb, başlarına adamlar yığır, özlərini göstərirlər. Bu, əsl xalq yaradıcılığıdır deyə bilərik. Sizə deyim ki, bu yolla pis pul da qazanmırlar.
Küçələr mənə görə ölkədəki azadlığın səviyysini göstərən ən mühum indikatorlardandı.
Bizdə “küçə adamı” söyüşü var. Açığı, bilmirəm qərbdə küçədə çalıb-oynayanlara el-oba arasında şəxsi münasibət necədi, amma gördüyüm budur ki, onları diqqətlə dinləyən, hərarətlə alqışlayan və əməklərini qiymətləndirənlər az deyil.
Aşağıdakı üç xırda videonu ABŞ küçələrində çəkmişəm.