“Mourinyo seçdiyi heyətlə “Barselona”ya böyük kompliment etdi. Gərək çox qorxaq olasan ki, “ev” oyununda 7 müdafiəçi ilə oynayasan”, – deyə “Barselona”nın keçmiş baş məşqçisi Yohan Kroyff “Real”ın portuqaliyalı baş məşqçisi Joze Mourinyonu tənqid edib.
Kroyff deyir ki, Mourinyo titullar qazanan məşqçidir. Onu futbol məşqçisi adlandırmaq olmaz.
Kroyff hətta Mourinyoya məsləhət verməkdən də çəkinməyib. O, “Real”ın baş məşqçisinə komandanı azlıqda məşq etdirməyi məsləhət görüb: “Barselona” ilə oyundan əvvəl Mourinyo komandanı azlıqda məşq etdirməlidir. Əvəzində “Barselona” çoxluqda oynamağı öyrənməlidir. Əgər kataloniyalılarla oyunda bütün komanda ilə müdafiəyə çəkilib üstünlüyü rəqibə verəcəksinizsə, bu zaman heç nə təəccüblü olmaz. Belə tapşırıqlardan sonra Pepe kimi futbolçular oyunu başa çatdıra bilməzlər”.