Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkədən 100 milyard dollardan artıq vəsait oğurlayıb. Bu bəyanatla Ukraynanın baş prokuror əvəzi Oleq Maxniçki Londonda bu ölkədən oğurlanan pulların qaytarılamsı ilə bağlı təşkil olunmuş forumda çıxış edib.
Baş prokuror əvəzi deyib ki, Yanukoviçin oğurladığı pulların bir hissəsi Avropa banklarındadır, bir qismi isə Rusiyaya köçürülüb. Maxniçkinin iddiasına görə, təkcə bu ilin əvvəlində ölkədən 32 milyar dollar çıxarılıb. Özü də həmin vəsaiti nağd şəkildə yük maşınları ilə daşıyıblar. Onun fikrincə, indi Ukraynanın şərqindəki separatçı hərəkat həmin pullarla maliyyələşdirilir.
azadliq.info