Səfər Əbiyev zamanında korpus komandirləri vəzifələrini tutmuş şəxslərin də qarşıdakı iki həftə ərzində istintaqa çağırılacağı barədə məlumat var. Söhbət Çingiz Şəfiyevdən və Mahmud Həmzəyevdən gedir.
Bu məlumatla “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi özünün Facebook səhifəsində məlumat yerləşdirib.
Xatırladaq ki, Ç.Şəfiyev Şəmkir, M.Həmzəyev isə Beyləqan korpusunun komandiri olub.
Məlumatda deyilir ki, araşdırma qrupu bu iki generalın Silahlı Qüvvələrdə mövcud olan geniş miqyaslı yeyinti və mənimsəmələrdə rolunu aydınlaşdırmaq istəyir. “Son məlumata görə, artıq keçmiş nazir Səfər Əbiyev haqqında kifayət qədər informasiyalar yığılıb. Ölkənin siyasi rəhbərliyinin qərarı gözlənilir…”, – deyə “Doktrina” mərkəzi xəbər verir.
azadliq.info