Nəqliyyat nazirinin oğluna dəbdəbəli toy etmək istəyi «yuxarılar»da müzakirə mövzusudur
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova dəbdəbəli toy etmək istəyi onun qəzəbə gəlməsinə səbəb ola bilər. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Anar Məmmədovun aprelin 14-nə planlaşdırılan toyu barədə mətbuatda yazılanlar artıq “yuxarılar”da müzakirə mövzusuna çevrilib. Hakimiyyətin korrupsiyaya qarşı mübarizə görüntüsü yaratdığı bir məqamda nəqliyyat nazirinin dəbdəbəli toy etməsi yaxşı qarşılanmayıb. Bildirilib ki, bu narazı xalqın daha da hiddətlənməsinə səbəb ola bilər. Məlumata görə, böyük ehtimalla Ziya Məmmədov toydan sonra bunun bədələni ödəməli olacaq.
Oxucuların diqqətinə çatdıraq ki, Anar Məmmədovun toyu Bakının ən bahalı şadlıq sarayı sayılan “Buta Palace”də olacaq. Məlumatlara görə, dünya səviyyəsində tanınmış sənətçilər Şakira, Beyons, Ledi Qaqa, Dima Bilan və başqaları toya dəvət edilib. Toyun sonunda böyük atəşfəşanlıq olacağı bildirilir. Xalqın səfalət girdabında çapaladığı bir vaxtda nazir oğlunun toyunun milyonlarla manata başa gələcəyi bildirilir.
İnformasiya şöbəsi