Baş prokurorun səhhətində ciddi problemlər yaranıb
Baş prokuror Zakir Qaralovun karyerasına son qoyulur. “Azadlıq”a daxil olan məlumata görə, buna səbəb baş prokurorun səhhətində yaranmış problemlərdir. Zakir Qaralov təkcə bu il səhhətilə bağlı iki dəfə məzuniyyətə çıxıb. Məlumatda bildirilir ki, baş prokuroru yaxın günlərdə görəvdən almaq qərarı olub. Lakin sonradan qərar dəyişib. 2015-ci ildə Zakir Qaralov 3-cü müddətini başa vuracaq. Və bu onun üçün son müddət olacaq.
Zakir Qaralov artıq 14 ildir Azərbaycanın baş prokurorudur. O, bu vəzifəyə 2000-ci ildə təyin olunub. Azərbaycanda baş prokuror prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən 5 il müddətinə təyin olunur.