“Dinamo”-“Braqa” qarşılaşmasında qeyri-adi olay
Avropa Liqası turniri çərçivəsində keçirilən “Dinamo” (Kiyev) – Braqa” (Portuqaliya) matçının bitməsindən bir neçə dəqiqə sonra insident yaşanıb. “Dinamo”nun azarkeşlərindən biri qarşılaşmanın baş hakimini təpiklə vurub. Bununla da o, baş hakiminin idarəçiliyindən narazı qalmasına etiraz edib.
İnsident televiziya kameraları vasitəsilə lentə alınıb. UEFA-nın İntizam Komitəsinin bununla bağlı “Dinamo” klubuna cəza kəsəcəyi istisna olunmur.
Xatırladaq ki, Avroliqa Liqa ¼ final mərhələsi çərçivəsində baş tutan “Dinamo”-“Braqa” oyunu 1:1 hesabı ilə yekunlaşmışdı. Qarşılaşmanın baş hakimi “Dinamo”nun aparıcı oyuncusu Andrey Şevçenkoya qırmızı vərəqə göstərərək onu meydandan qovmuşdu (ans press).