Suriyanın müxtəlif şəhərlərində keçirilən mitinqlərdə 17 nəfər həlak oldu
Suriyada Bəşər Əsədin istefası tələbilə ümumxalq mitinqləri davam edir. Ötən gün cümə namazından sonra Suriyanın müxtəlif şəhərlərində mitinqlər keçirilib.
Şahidlərin verdiyi məlumata görə, bir neçə şəhərdə, o cümlədən paytaxtın kənar ərazilərində yenidən etiraz askiyaları zamanı hökumət qüvvələri nümayişçilərə qarşı sərt davranıb. Dəra şəhərində keçirilən askiyada polislə qarşıdurma yaranıb. Müxtəlif şəhərlərdə polislərin mitinqlərə sərt müdaxiləsi zamanı 17 nəfər həlak olub.
Xatırladaq ki, indiyədək Suriyada hakimiyyət əleyhinə keçirilən aksiyalar zamanı yüzdən artıq insan həlak olub. Prezident Bəşər Əsəd etirazların qarşısında geri çəkilərək bəzi islahatlara razılıq verib. Ölkədə 48 il davam edən fövqəladə hal rejimi aradan qaldırılıb. Siyasi məhbusların bir qismi azad olunub. Hakimiyyət gələcəkdə daha geniş siyasi islahatların keçiriləcəyini, söz azadlığına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılacağını bəyan edib.
İnformasiya şöbəsi