Rusiya prezidenti Vladimir Putin İqor Kolomonskinin Dnepropetrovsk vilayətinin qubernatoru təyin edilməsindən hiddətlənib. Bu barədə o mətbuat konfransında deyib.
Putin «Şərq regionlarında milyarderlərin, oliqarxların təyin edilməsindən» narahatlıqlığıı ifadə edib: «Dnepropetrovsk vilayətində cənab Kolomoyskini hakimiyyətə gətirdilər. O axı unikal fırıldaqçıdı. O hətta bizim Abramoviçi aldadıb. Bizim ziyalı təbəqəsində deyildiyi kimi: atıb. O danışırdı ki, «onlar hansısa müqaviləni imzalamışdılar. Abramoviç ona bir neçə milyard köçürüb, o isə razılaşmanı sona çatdırmadı və pulları mənimsədi. Belə alçağı Dnepropetrovskın qubernatoru təyin ediblər».
Xatırladaq ki, bir gün əvvəl Kolomoyski Yanukoviçi və Putini iki şizofrenik adlandırmışdı.
azadlıq.info