Milli Bankın rüşvət məhkəməsində yenilik

Avstriya Mərkəz Bankının keçmiş direktoru etiraflar edib

Avstriya Milli Bankının keçmiş texniki drektoru Jon Miller növbəti məhkəmə prosesində ifadə verib. O deyib ki, Suriya və Azərbaycan kimi ölkələrlə bu işi rüşvətsiz görmək mümkün deyildi. Söhbət sözügedən ölkələrin milli valyutalarının çapına dair sifarişi qəbul etməkdən gedir. Miller bildirib ki, onlar Azərbaycan tərəfi ilə 20 faiz məbləği razılaşdırıblar.
Ötən cümə günü məhkəmədə bütün iddiaları rədd edən keçmiş texniki direktorun etirafları süpriz olub.  “Düşündüm və vicdanımı rahatlatmaq qərarına gəldim”, – deyə o etiraflarda bulunub. Məlum olub ki, əməliyyatlar üçün Bakıya üç dəfə səfər edilib.
Bu məslədə adı hallanan Kurt Meyer də Bakıya olan birə səfər barədə danışıb və qeyd edib ki, digər məqamları hələ açıqlaya bilməz.

azadliq.info