Bakıda daha bir nəfər özünü yandırdı

Bakının Nəsimi rayonu ərazisində 40 yaşlı qadın özünü öldürmək üçün dəhşətli üsula əl atıb. Rayon Polis Idarəsindən ANS PRESS-ə verilən məmlumata görə, Asif Məhərrəmov küçəsi 38 ünvanında yaşayan Şəfiqə Quliyeva üstünə benzin tökərək özünü yandırıb.
Hadisə dünən saat 14:34 radələrində baş verib. Dərhal hadisə yerinə həkim və polis əməkdaşları çağırıb. Qadın 5 saylı xəstəxanaya çatdırılıb.
Qadının nə səbəbdən intihar etmək istəməsi araşdırılır.
Bir neçə həftə əvvəl Bakıda 20 yaşlı Məlakə Bayramlı adı qadın da zorlandığını deyərək özünə od vurmuşdu. Gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq bir necə gün sonra vəfat edib.
Bundan başqa Yevlax rayon sakini Nizami Kərimov və Qarabağ əlilləri Zaur Həsənov, Maarif Vəliyev, Malik Məcidov özünü yandırmışdı.