Cəbhəçi gəncin aclıq aksiyası davam edir

AXCP Gənclər Komitəsinin üzvü,Kəlbəcər rayon sakini Teymur Kərimovun  fevralın 17-də aclıq aksiyasına başlaması haqda məlumat vermişdik. Teymur Kərimov  “Azadlıq”a açıqlamasında  bildirdmişdi ki, aksiyanı keçirməsinə səbəb  Kəlbəcər İcra Hakimyyətinə etdiyi müraciətlərin cavabsız qalması və qeyri-müəyyən səbəblərlə işdən uzaqlaşdırılmasıdır. 
Bu gün aldığımız məlumata görə Teymur Kərimovun səhhətində problem yaranıb və təcili yardım çağırılıb.  Teymur Kərimov “Azadlıq”a açıqlamasında bildirdi ki, qan təzyiqi aşağı düşüb və həkimlər ilkin tibbi yardım göstəriblər.
“Səhhətimin ağırlaşmasına baxmayaraq aclıq aksiyasını davam etdirəcəm və ədalətsizliyə etirazımı ifadə edəcəm”.

***

17.02.2014

AXCP Gənclər Komitəsinin üzvü,Kəlbəcər rayon sakini Teymur Kərimov bugün saat 12:00-dən aclıq aksiyasına başlayıb. “Azadlıq”a açıqlamasında Teymur Kərimov bildirdi ki, aksiyanı keçirməsinə səbəb  Kəlbəcər İcra Hakimyyətinə etdiyi müraciətlərin cavabsız qalması və qeyri-müəyyən səbəblərlə işdən uzaqlaşdırılmasıdır. 

“Bu gün saat 12-00-dan aclıq aksiyasına başlamışam. Əvvəlcə məni qış məzuniyyəti bəhanəsiylə işdən çıxardılar. Artıq xeyli müddət keçib işə bərpa etmirlər. Hansı ki, İcra Hakimiyyətinin tabeliyində kifayət qədər iş yeri var. Sonra Prezdent Aparatına müraiət etdim. İcra başçısı Aqil Məmmədov məni çağırıb şikayətləri dayandırmağı tövsiyə etdi. İndi isə zəngələrimə cavab verilmir, problemin həlli üçün səy göstərilmir. Ona görə də bu haqsızlıqlara qarşı aclıq aksiyası keçirmək qərarına gəlmişəm. Əgər səsimi eşidən olmasa, digər etiraz vasitələrindən istifadə edəcəm.” – deyə Teymur Kərimov bildirdi.
Kəlbəcər rayon icra başçısının birinci müavini Eldəniz Mehdiyev  Qaynar.info-ya bildirib ki, məsələ ilə bağlı araşdırma aparandan sonra açıqlama verəcəklər.