Yanvarın 31-də Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumatda deyilir:
– Son günlər kütləvi informasiya vasitələrində İçərişəhərdəki Aşurbəy məscidində və Müşviqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalara Qafqaz Müsəlmanları İdarəsi tərəfdən nəzarətin təşkil edilməməsi və ora din xadimlərinin təyin edilməməsi ilə bağlı müxtəlif fikirlərə rast gəlinir.
QMİ bildirir ki, həmin məscidlər idarənin təşkilati tabeçiliyində deyil. Məscidlərdəki dini icmalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyiblər və məscidlərə din xadimlərinin təyinatı da olmayıb.
Müşviqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub.
Aşurbəy və Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyil və buna görə də həmin məscidlərə heç bir din xadimi təyin edilməyib. QMİ özünü həmin məscidlərin imamı, axundu kimi təqdim edənləri tanımır (media forum).